Daha iki icra başçısının müavini işdən azad edildi

Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova işdən çıxarılıb.
Bununla bağlı Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov sərəncam imzalayıb.
Eyni zamanda, Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Tural Quliyev də vəzifəsindən azad olunub. Bununla bağlı Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfail Babayev sərəncam imzalayıb.