Deputatlar Xocalı soyqırımı abidəsini ziyarət ediblər-Fotolar
Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar fevralın 26-da Milli Məclisin sədri Sahibə Qafarova və millət vəkilləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər.
XALQ.AZ xəbər verir ki,deputatlar soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.