DİN-in məhkəmə ekspertizası sahəsində səlahiyyətləri artırılıb

 

Azərbaycan prezidenti İlham Əliyev “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanında dəyişiklik edib.
APA-nın verdiyi məlumata görə, fərmana əsasən, dəyişiklik Daxili İşlər Nazirliyinin məhkəmə ekspertizası sahəsində səlahiyyətlərinin artırılması ilə bağlıdır.

 

İndiyədək Daxili İşlər Nazirliyi yalnız ilkin və məhkəmə-daktiloskopik və məhkəmə-ballistik ekspertizalarını keçirmək səlahiyyətinə malik olub. Bundan sonra Daxili İşlər Nazirliyi məhkəmə tibbi-genetik və məhkəmə partlayış-texniki ekspertizaları da keçirəcək.

 

Qeyd edək ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna əsasən Azərbaycanda məhkəmə ekspertizası fəaliyyəti müvafiq icra hakimiyyəti orqanlarının məhkəmə ekspertiza idarələri tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Səhiyyə Nazirliyi Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi həyata keçirir.