Azərbaycan-Türkiyə münasibətləri xalqlarımızın və ölkələrimizin
qardaşlığına söykənir. Buna görə də, Azərbaycanla təhdid dili ilə danışmaq istəyən
mənfurlar Azərbaycanın İkinci Qarabağ müharibəsinə müdaxilə etmək fikrinə
düşəndə qarşılarında Türkiyə kimi güclü və dayanaqlı bir dövlət gördülər.
Azərbaycan-Türkiyə münasibətləri əsrlərin sınaqlarından çıxaraq, “dəmir
yumruğ”a çevrilə bilmişdir. Bu münasibətlərin inkişafında Azərbaycan və Türkiyə
prezidentləri ilə yanaşı xalqlarımızın və ölkələrimizin də çox böyük rolları vardır.
Əsrlərin sınaqlarından çıxmış Azərbaycan-Türkiyə münasibətləri bütün dünyaya
dəqiq bir mesajdır. Azərbaycan və Türkiyə prezidentlərinin Zəfər paradındakı
tarixi və möhtəşəm çıxışları bu münasibətləri daim gücləndirməyə xidmət etmişdir.
Bu münasibətlərin qorunması hər bir zaman Azərbaycan Prezidenti İlham Əliyev
və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın diqqət mərkəzində olan
mövzulardandır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında
müttəfiqlik münasibətləri Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbə
simvollarından birinə çevrilmişdir. Azərbaycan-Türkiyə münasibətlərində ən
böyük uğurlardan biri də “Şuşa Bəyannaməsi” oldu. Bu bəyannamə Azərbaycan və
Türkiyənin strateji müttəfiqlik münasibətlərini rəsmi səviyyədə təsbit edir. “Şuşa
Bəyannaməsi”- də öz əksini tapan strateji müttəfiqlik məsələləri Azərbaycan və
Türkiyə dövlətləri arasında bütün sahələrdə sıx əməkdaşlığı, təhlükəsizlik və
müdafiə sahələrini nizama saldı. Bu Müttəfiqlik Bəyannaməsi xalqlarımızın və
ölkələrimizin gücünə güc qatıb, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib
olan Türk xalqlarının möhkəm bir şəkildə birləşməsini təmin etdi. Azərbaycan-
Türkiyə münasibətləri daim dünya dövlətlərinə örnək olmuşdur. Bu iki qədim

tarixə malik olan xalqın böyük uğurlar qazanaraq böyük dövlət qura bilməklərində
Azərbaycan və Türkiyə qardaşlığının çox böyük rolu vardır. Azərbaycan və
Türkiyə qarşılıqlı əməkdaşlığının belə yüksək səviyyədə olmasında hər iki ölkənin
dövlət başçılarının apardıqları ikitərəfli əlaqələrin mühüm əhəmiyyəti vardır.
Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın
ölkələrimiz arasında müttəfiqlik, strateji tərəfdaşlıq, güclü iqtisadi və mədəni
əlaqələrin ən yüksək həddə olmasında rolları əvəzolunmazdır. İkitərəfli əlaqələrin
hazırkı yüksək səviyyədə olması tamamilə məntiqə əsaslanır. Qarşılıqlı güvənə
əsaslanan münasibətlərin ən bariz nümunəsi Azərbaycanın müstəqilliyinin ilk dəfə
Türkiyə tərəfindən tanınmasıdır. Ümumilikdə, Azərbaycan və Türkiyə dövlətləri
arasında olan müttəfiqlik əlaqələri bölgədə daimi sülh və inkişafa xidmət edir.
Azərbaycan və Türkiyə hər zaman bir- birinin sevincini öz sevinci, kədərini isə öz
kədəri bilmişdir. 2023-cü ilin fevral ayında Türkiyədə başverən dəhşətli zəlzələ
xalqımızı və ölkəmizi dərindən kədərləndirmişdir. Azərbaycan bu dəhşətli
zəlzələnin nəticələrinin aradan qaldırılmasında qardaşlıq dəstəyi və yüksək
həmrəylik nümunəsi olmuşdur. Azərbaycan və Türkiyə münasibətlərinin inkişafı
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi
meqalayihələrin yaranmasına və bütün bölgənin inkişafına mühüm töhfələr
vermişdir. Azərbaycan və Türkiyə münasibətləri beynəlxalq və regional səviyyəli
olub, regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına güclü təminat
yaradır. Azərbaycan-Türkiyə münasibətləri türkdilli ölkələr və xalqlar arasında
birliyin və əməkdaşlığın inkişafında ortaq tarixi köklər, iqtisadi əlaqələr, dövlət
maraqlarının və gələcəyə birgə baxışın təsiri baxımından olduqca böyük
əhəmiyyətə malikdir. Dost və qardaş olan Azərbaycanın və Türkiyənin dövlət
başçılarınında arasında şəxsi dostluq və qardaşlıq münasibətləri vardır. Buda,
həmçinin, əlaqələrin daha da möhkəmlənməsi və inkişafını şərtləndirən ən əsas
amillərdəndir. Azərbaycan və Türkiyə dövlətlərini mədəniyyət ümumiliyi, sosial-
iqtisadi əlaqələr, tarixi köklər, yaxın münasibətlər, liderlərinin bir-birinə olan
güvən və etibarı, regiona olan münasibətləri, dünyaya sülh və rifah arzusu
arzulamaqları, dövlət siyasətləri, strateji müttəfiqlikləri birləşdirir. Qardaş Türkiyə
Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin olunmasının
bütün mərhələlərində Azərbaycanın yanında idi. Türkiyə dövlətinin Azərbaycana
açıq, dəqiq və birmənalı dəstəyi əsgər və zabitlərimizin döyüş qüdrətini daha da
yüksəltdi və müharibənin gedişatı proseslərində əhəmiyyətli təsir yaratdı. Türkiyə
kimi hərtərəfli imkanlara malik güclü bir dövlətin Azərbaycanın yanında olması və
hərtərəfli dəstəyini açıq bir şəkildə bəyan etməsi işğalçı Ermənistanın
havadarlarına və özünə güclü bir zərbə oldu. Azərbaycan-Türkiyə münasibətlərinin
inkişafı Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcəkdir. Çünki
Türkiyə ilə Azərbaycanı və Naxçıvan Muxtar Respublikasını birləşdirən Zəngəzur

dəhlizinin açılması o deməkdir ki, Naxçıvan-Qars dəmir yolunun fəaliyyətə
başlaması zəruri olacaqdır və hər iki ölkə arasında nəqliyyat-kommunikasiya
əlaqələri intensivləşəcəkdir. Naxçıvan-Qars dəmir yolunun fəaliyyətə başlaması
bütün Türk dövlətlərinin inkişaf etməsində mühüm rol oynayacaqdır. Azərbaycan
və Türkiyə arasındakı əlaqələrin möhkəmlənməsi regionda sabitliyin və
təhlükəsizliyin qorunub saxlanması deməkdir. Türk Dövlətləri Təşkilatını təşkil
edən- Türk dünyası üçün xalqlarımızın birlik olması məsələsi daim prioritetdir və
aparılan siyasət də bunu aydın göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əksər çıxışlarında
Azərbaycan-Türkiyə münasibətlərini xüsusi vurğulayaraq, ümumən, türk
dünyasının birliyi məsələsini ön planda tutmuşdur. Türk Dövlətləri Təşkilatının
birliyi yaxın gələcək üçün potensial qlobal güc kimi çox böyük perspektivlər
daşıyır. Birləşmiş Türk dünyası gələcəkdə böyük coğrafiyaya, böyük əraziyə,
böyük hərbi gücə, böyük iqtisadiyyata, təbii sərvətlərə, nəqliyyat yollarına, bir
soydan, kökdən olan gənc və artan əhaliyə sahib olacaqdır. Bir soydan, kökdən
olan xalqların güclü və müştərək birlik yaratmağa nail ola bilməkləri olduqca
önəmli bir məsələdir. Azərbaycanın və Türkiyənin qarşılıqlı səyləri bu birliyin
möhkəmlənməsinə xidmət edərək türk dövlətlərinin sıx birliyini daha da
gücləndirir. Türk Dövlətləri Təşkilatının qlobal önəmi, miqyası və rolu olduqca
yüksəkdir. Azərbaycanın və Türkiyənin qarşılıqlı atılan doğru addımları türk
dünyasının beynəlxalq məkana inteqrasiyasını və iqtisadi potensialını
gücləndirmişdir. Günü-gündən Azərbaycan və Türkiyə arasındakı hərbi sahədə
əməkdaşlıq əlaqələri inkişaf edir və birgə ordu quruculuğu istiqamətində atılan
addımlar möhtəşəm nəticələr verir. Azərbaycan və Türkiyə dövlətləri arasında
təhsil, texnologiyalar sahəsində də əməkdaşlıq əlaqələri olduqca gücləndirilmişdir.
Azərbaycan və Türkiyə dövlətləri hər bir zaman fəal əməkdaşlıq etmiş və
birgəliyimizin gücü ilə dünya üçün sülh, təhlükəsiz inkişaf dəyərləri
yaratmışdırlar. Azərbaycan və Türkiyə arasındakı əlaqələrin böyük bir tarixi vardır.
Bu tarix ortaq kökə, dilə, din birliyinə, oxşar mədəniyyətə, adət və ənənələrə
söykənir. Hər iki dövlət və xalq tarixlərin ən mürəkkəb dövrlərində bir-birinə
dəstək olaraq çıxmışdırlar. Bunun bariz nümunəsi kimi Nuru Paşanın
komandanlığı ilə 1918-ci ildə Türk Qafqaz İslam Ordusunun Bakını xilas etməsi
üçün Azərbaycana gəlməsini göstərmək çox doğru olardı. Nuru Paşanın
komandanlığı ilə Türk ordusu Azərbaycana, Bakıya gəldi və
Azərbaycanı daşnakların təcavüzündən xilas etdi. Bakını xilas etməsi ilə Türk
ordusu hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan və Türkiyə xalqları
ağır dövrlərində bir-birilərinə göstərdikləri köməyi heç vaxt unutmayıblar. Hər iki
dövlət bir-birilərinə daim maddi və mənəvi yardım göstərmişdir. Azərbaycan
dünyaya hərtərəfli inteqrasiya edə bilmək üçün Türkiyə dövlətinin imkanlarından

yararlanmışdır. Azərbaycan Türkiyənin Qafqazda olduğu kimi, həm də Orta Asiya
və Xəzər bölgəsində digər dövlətlərlə, xüsusən türkdilli dövlətlərlə əlaqə yarada
bilmək üçün ən yaxın müttəfiqidir. Bu müttəfiqlik Azərbaycan – Türkiyə
münasibətlərinin inkşafında mühüm vasitə rolunu oynayır. Türkiyə dövləti ilə
Azərbaycan dövləti bir-birinə beynəlxalq aləmdə müttəfiq və dayaqdır.
Azərbaycanın güclü dövlət olmasında Türkiyənin dünya siyasətindəki gücünün
rolu danılmazdır. Hər iki dövlətin münasibətlərinin beynəlxalq hüquq normaları
prinsiplərinə əsaslanması dayanıqlı inkşafı zəruri edir.
Bir millət, iki dövlət arasındakı münasibətlərin tarixi olduqca qədimdir.
Perspektivlərə əsaslanan ikitərəfli siyasi münasibətlər Azərbaycan müstəqilliyini
1991-ci ildə bərpa edəndən sonra daha da inkişaf etdi. Belə ki, 1991-ci il noyabrın
9-da Azərbaycan müstəqilliyini tanıyan ilk dövlət Türkiyə oldu. Bundan sonra
münasibətlər daha da irəliləyərək 1992-ci il yanvar ayının 14-də Azərbaycan-
Türkiyə diplomatik əlaqələri yaradıldı. Azərbaycan və Türkiyənin diplomatik
fəaliyyətə başlaması ilə hər iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafı geniş
perspektivlər açdı. Qarşılıqlı əlaqələrin əsas prinsiplərinin və inkişaf perspektivinin
müəyyən edilməsi hər iki dövlətin qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə
əsaslanmasının nəticəsi idi. Türkiyə hər bir zaman Azərbaycan Respublikasının
səylərini dəstəkləyərək, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərmişdir.
Azərbaycanın beynəlxalq aləmə inteqrasiya olunmasında, regional təhlükəsizliyin
qorunmasında, siyasi-iqtisadi və elmi-mədəni maraqların reallaşmasında Türkiyə
dövləti ilə yaradılan hərtərəfli əməkdaşlığın xüsusi əhəmiyyəti danılmazdır.
Azərbaycan – Türkiyə münasibətləri həmişə yüksələn xətt üzrə inkişaf etmişdir.
Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabər hüquqlu iqtisadi tərəf-müqabili
olan Türkiyə daim bu münasibətlərin inkişafına xidmət etməklə yanaşı, dünyada və
bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasını təmin etmişdir. Azərbaycan –
Türkiyə münasibətlərinin həmişə yüksələn xətt üzrə inkişaf etməsi tərəflərin
ümummilli liderlərinin xarici siyasət konsepsiyasınada verdiyi əhəmiyyətin və
ölkələr arasındakı strateji birliyində göstəricisidir. Hər iki ölkənin əlaqələri və bu
əlaqələrin genişlənməsi üçün Azərbaycan tərəfinin atdığı addımlar iki ölkə
arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, elmi, texniki, mədəni
və iqtisadi sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın
inkişafı barədə müqavilə, siyasi məsləhətləşmələr barədə saziş, investisiyaların
qarşlıqlı təşviqi və qorunması haqqında saziş və digər mühüm sənədlər qarşılıqlı
əlaqələri möhkəmləndirməyə xidmət edir. Strateji əməkdaşlığın dərinləşdirilməsi
üçün Türkiyə və Azərbaycanın atdığı bütün addımlar dostluq və qardaşlıq
əlaqələrinin yeni bir mərhələyə daxil olması üçündür. İki dövlət arasında
münasibətlərin hazırki vəziyyəti və inkişaf perspektivləri daim müzakirə mövzusu
olmuşdur. Azərbaycan təbii qazının Türkiyəyə nəql edilməsi qarşılıqlı faydalı

əməkdaşlıq siyasətinin davam etdirilməsinə ən əsas səbəblərdəndir.
Bayram Salmanov Respublika qəzetində dərc olunan “Dünyaya
örnək qardaşlıq” məqaləsində Azərbaycan və Türkiyə münasibətlərini geniş bir
şəkildə şərh etmişdir. “Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional
təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-
mədəni əlaqələrinin formalaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın
genişlənməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev 1993-cü ildə yenidən
hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə əlaqələri yüksək səviyyədə təmin
etdi. Prezident Heydər Əliyevin Yeni Əsr və üçüncü minillik münasibətilə
Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi: “1993-cü ilin yayından
başlayaraq, Türkiyəyə münasibətdə də xarici siyasət kursunda ciddi dəyişikliklər
edildi və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ
başlandı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi,
bərabərhüquqlu iqtisadi tərəf-müqabilidir. İki qardaş dövlətin başçılarının qarşılıqlı
rəsmi səfərləri zamanı hərtərəfli əməkdaşlığımızı əhatə edən bir sıra mühüm
sənədlər imzalanmışdır. Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın
mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-
amanlığın bərqərar olması işinə də öz töhfəsini verdi” [8,4].
Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı xidmətlərinə görə
seçilən şəxslərdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.
Azərbaycan və Türkiyə arasında birgə bəyanatlar, mülki aviasiya və mədəniyyət
sahəsində əməkdaşlıq daim diqqət mərkəzində saxlanılan mövzulardandır. Türkiyə
və Azərbaycan arasında münasibətlər köklü tarixə, mədəni bağlara, qardaşlıq
təməlinə söykənir. Hər iki qardaş dövlət bir-birinə olan hər sahədə dəstəyi ilə
inkişaf edib, günü-gündən güclənməkdədir.
Türkiyə və Azərbaycan arasında münasibətlərin ən əsas memarlarından biri
böyük lider, hörmətli Heydər Əliyevdir. İki ölkə arasındakı əlaqələrin ideal
vəziyyətdə saxlanıla bilməsində ən vacib məqam eyni millətin iki ayrı dövlətinin
olmasıdır. Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının real
təzahürü Azərbaycanın neft-qaz sektoru sahəsində Türkiyə dövlətinə verdiyi
dəstəkdir. Azərbaycanla Türkiyə arasında qaz sahəsində əməkdaşlığın qurulması
ilə Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsi
formalaşdırıldı. Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı
və alışı tamamilə rəsmiləşdi. Azərbaycan qazının Türkiyəyə və Avropanın digər
ölkələrinə satışının reallaşdırılması ilə Azərbaycanın və Türkiyənin, eləcə də
Avropanın və digər regionların enerji təhlükəsizliyinin təmin olunması baş tutdu.
Azərbaycan qazının Türkiyəyə və Avropanın digər ölkələrinə satışı ölkələrimiz və
bütövlükdə bölgə üçün önəmli bir sıra layihələrin həyata keçirilməsinə əsas oldu.
Bu layihələrdən ən əsası Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsidir. Türkiyə

dövləti Azərbaycanın həmişə ən əsas ticarət tərəfdaşlarından biri olmuşdur. İqtisadi
sahədə əməkdaşlıq uzun illər boyu davam etdirilir. Azərbaycan Respublikasının
beynəlxalq mədəni fəaliyyətində istər dil, istərsə də adət-ənənə oxşarlığı
baxımından Türkiyə mədəniyyətinə yaxındır. Çünki bir-birinə çox yaxın olan hər
iki xalq mədəni-kulturoloji əlaqələri ilə də doğmadır. Azərbaycan müstəqillik əldə
etdikdən sonra bütün sahələrdə, xüsusəndə, mədəni münasibətlərdə Türkiyə ilə
daha da yaxınlaşdı. Azərbaycan və Türkiyə mədəni əlaqələrinin inkişafında hər iki
ölkə arasında keçirilən qarşılıqlı tədbirlərin mühüm rolu vardır. Ümumilikdə,
Azərbaycan və Türkiyə mədəni əlaqələri son dövrdə daha yüksək templə inkişaf
edir. Bununda ən əsas səbəbləri odur ki, bu məsələyə dövlət və hökumət rəhbərləri
səviyyəsində baxılır. Buna görə də cəmiyyətlər və diasporalar əməkdaşlığı daim
yüksək səviyyədə saxlayırlar. Azərbaycan və Türk diaspor təşkilatlarının
beynəlxalq təşkilatlarda müxtəlif beynəlxalq və regional məsələlərə dair mövqeləri
çox yaxındır və ya üst-üstə düşür, tərəflər regional və beynəlxalq təşkilatlarda
məsləhətləşmələr aparır, daim bir-birinə qarşılıqlı dəstək verirlər. BMT, İKT,
NATO, Avropa Şurası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi
Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Birliyi kimi təşkilatlar çərçivəsində baş
tutan konfranslarda ölkələrimizin əməkdaşlığı olduqca əhəmiyyətlidir. Türkiyə və
Azərbaycan arasında əlaqələrin gücləndirilməsi ilə Qafqaz bölgəsində sabitlik
təmin edildi. Bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü Türkiyə
tərəfindən dəstəkləndi. İki sahil qəzetində Azərbaycan və regionun
vəziyyəti tamamilə geniş bir şəkildə şərh olunmuşdur. “Ancaq əhəmiyyətli olan
ermənilərin geosiyasi proseslərə və dövlətlərarası münasibətlərə yanaşmasıdır.
Onlar utanmadan Azərbaycanı aqressor adlandırmağa çalışırlar. Bu “aqressorluq”
nədən ibarət imiş? Sən demə, Azərbaycan 2016-cı ilin Aprel döyüşlərində öz halal
torpağının bir qismini hərbi yolla azad etməklə “aqressiya” nümayiş etdiribmiş?!
Dünya tarixində bu qədər həyasızlıq nümunəsi olmayıb! Ermənilərin xəstə qafaları
adi bir şeyi anlamır: insanlar axmaq deyillər və görürlər ki, erməni işğalçı
qüvvələri rəsmən tanınmış Azərbaycan torpaqlarındadırlar! BMT-nin
Nizamnaməsinin konkret maddəsinə görə, indiyə qədər beynəlxalq aləm
işğalçıların oradan çıxmasını təmin etməli idilər. Ancaq havadarlar və BMT-nin
qətiyyətsizliyi ucbatından erməni təcavüzkar qüvvələri hələ də Azərbaycanın 20
faiz torpağını işğal altında saxlayır. Buna görə də Azərbaycan Ordusu hər an öz
funksiyasını yerinə yetirmək üçün tam hüquqi əsasa malikdir. Aprel döyüşləridə
kənardan təsir nəticəsində yarımçıq bitdi, yəni Ordumuz bütövlükdə işğal altında
olan ərazilərimizi azad etmək haqqına malik idi! İndi Azərbaycanın öz hərbi
qüdrətini daha da artırması region üçün prinsipial müsbət əhəmiyyət daşıyır” [6,4].
Türkiyə və
Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olmasında strateji faktorlarla yanaşı,

dostluq, qardaşlıq prinsipləridə olduqca mühümdür. Xalqlarımızı və ölkələrimizi
birləşdirən tarixi köklər, mədəni əlaqələr, keçmişimiz və bugünkü siyasi
maraqlarımızdır. Hər iki dövlət arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi
və sarsılmazdır, çünki bu dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir.
Bütün dünyaya örnək ola bilən Türkiyə və Azərbaycan əlaqələrini şərtləndirən
amillər sırasında ortaq kökümüzün, dilimizin, dil birliyimizin, oxşar
mədəniyyətimizin və adət-ənənələrimizin olması əsas amillərdəndir. Hər iki qardaş
xalq və dövlət həmişə bir-birinə dəstək olub, sıx əməkdaşlıq edib. Bu ortaq kök,
din, dil birliyi, oxşar mədəniyyət və adət-ənənələr bir millət, iki dövlətə əsrlərin
əmanətidir. Türkiyə hər bir zaman müstəqil dövlət quruculuğu yoluna qədəm
qoyan Azərbaycan Respublikasını dəstəkləyərək hərtərəfli əlaqələrin inkişafına
geniş yardımlar göstərmişdir.
Azərbaycan Respublikasının beynəlxalq aləmə inteqrasiyasında, regional
təhlükəsizliyin qorunmasında, ölkəmizin siyasi-iqtisadi, elmi-mədəni maraqlarının
reallaşmasında, hərtərəfli əməkdaşlığın genişlənməsində, xalqlarımızın rifah
halının yaxşılaşdırılmasında Türkiyə çox böyük əhəmiyyətə malikdir. Azərbaycan
və Türkiyə arasında hərbi əməkdaşlığın inkişafı müstəqilliyimizin ilk günündən
etibarən başlamışdır. Azərbaycan və Türkiyə arasında təmənnasız hərbi yardım,
müdafiə sənayesi, təlim-tədris və maddi-texniki təminat sahələrindəki əməkdaşlıq,
Qərblə Şərqin qovuşduğu nəqliyyat dəhlizləri, neft-qaz boru xətləri yüksək
səviyyəli strateji əməkdaşlığın yaradılması nəticəsində ərsiyyə gəlmişdir.
Azərbaycan və Türkiyə xalqlarının qardaşlığı daimi əlaqələrlə dayanmadan inkişaf
edir və möhkəmlənir. Nəticədə də, hər iki qardaş ölkə regionda təhlükəsizliyin
qarantına çevrilir. Türkiyə və Azərbaycan əlaqələri strateji xarakter daşıyır,
dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan və Türkiyə dövlətləri bütün
beynəlxalq platformalarda bir-birlərinin ədalətli mövqelərini hər bir zaman
dəstəkləyirlər və ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf
etdirilməsində mühüm addımlar atırlar. Hər iki qardaş ölkənin birlikdə icra
etdikləri qlobal əhəmiyyətli neft-qaz, nəqliyyat layihələri bütün dünyanın diqqət
mərkəzindədir və bu enerji layihələri ölkələrimizin Avropanın enerji
təhlükəsizliyindəki rolunu günü-gündən daha da artırır. Hər bir zaman Türkiyənin
Azərbaycana verdiyi siyasi-mənəvi dəstək xalqımız tərəfindən ən yüksək qiymətə
layiq qiymətləndirilib. Türkiyə və Azərbaycan əlaqələri regionda geosiyasi və
geoiqtisadi münasibətlərin tənzimlənməsində olduqca mühüm əhəmiyyətə
malikdir. Belə ki, Azərbaycan-Türkiyə münasibətləri hər zaman dövrün siyasi
reallıqlarını nəzərə aldığı üçün qarşılıqlı əlaqələr hər bir zaman müsbət tempdə
inkişaf edib, həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan yüksək səviyyəyə
çatmışdır.

 Həcər Atakişiyeva 


media-ads728x90

Bənzər xəbərlər