Ehtiyac meyarının həddi 160 manat oldu

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında məsələ üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

XALQ.AZ  xəbər verir ki, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilir. Müzakirələrdən sonra layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Qeyd edək ki, qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.