Elnur Rzayev sakinlərlə görüşdü

Qaraçay Cek kəndində səyyar qəbul keçirilib

Xaçmaz Rayon Icra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Aşağı Zeyid İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Qaraçay Cek kəndində səyyar qəbul keçirib. Qəbulda Qaraçay Cek kəndi ilə yanaşı Aşağı Zeyid, Qaracik, Qaracik Zeyid, Şıxhaput, Alıcqışlaq və Çılğır kəndlərinin sakinləri iştirak edib.
Sakinlər suvarma suyu ilə təchizatın yaxşılaşdırılması, məktəb binasının təmiri, torpaq sahələrinin və fərdi yaşayış evlərinin sənədləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı müracətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.