Deputat təkliflə çıxış etdi

Xəzər dənizində yaradılan süni torpaq sahələrinin beynəlxalq standartlara və baş verə biləcək zəlzələlərə davamlılığı məsələsi də qanun layihəsində öz əksini tapmalıdır.

 

Bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin aprelin 17-də keçirilən iclasında deyib.

 

 

Deputat Xəzər dənizində süni adaların yaradılması ilə bağlı qanun layihəsinin çox yaxşı hazırlandığını və onun maddələrində beynəlxalq praktikanın da nəzərə alındığını diqqətə çatdırıb. O, beynəlxalq praktika kontekstində məsələyə nəzər saldıqda, layihədə daha geniş spektrli məsələlərdən istifadə edilmənin daha yaxşı nəticə verəcəyini bildirib.

“Məsələn, Niderlandda torpaqların xeyli hissəsi süni şəkildə yaradılıb. Xəzər dənizində istifadə olunmamış xeyli ada var. Layihədə Baş plan məsələsi daha qabarıq şəkildə qoyulmalı və müəyyən məsələlər sərtləşdirilməlidir”, – deyə deputat qeyd edib