Emin Hacıyev Rusiyaya səfər edəcək

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Milli Məclisin deputatı Emin Hacıyev mayın 9-da Rusiya Federasiyasının Ulyanovsk şəhərinə səfər edəcək.

XALQ.AZ xəbər verir ki , tədbirdə Heydər Əliyevin xatirəsi anılacaq, Ulu Öndərin keçdiyi şərəfli ömür yolundan bəhs olunacaq, onun görkəmli dövlət və siyasi xadim kimi fəaliyyətinə nəzər salınacaq.
Səfər mayın 11-də başa çatacaq.