“Ermənilərin humanitar yardıma ehtyacı yoxdursa Fransa TIR-ları nə üçün yola düşüb?” – Deputat

Ermənilər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə apardığı humanitar yardımı qəbul etməməklə özlərini ifşa etmiş olurlar.

Bunu   Milli Məclisin deputatı Afət Həsənova deyib.

Onun sözlərinə görə, humanitar yüklərin qəbul edilməməsi o deməkdir ki, bir müddətdir Ermənistan və onun havadarları tərəfindən ortaya atılan “humanitar böhran” siyasi şoudur və Azərbaycan tərəfi bunu bir daha sübuta yetirdi.

“Bu məqamda İrəvandan Xankəndiyə humanitar yük aparan Fransa TIR-ları yola düşüb. Əgər Xankəndidə yaşayan ermənilərin humanitar yardıma ehtyacı yoxdursa Fransa TIR-ları nə üçün yola düşüb?

Digər tərəfdən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola saldığı humanitar yardım karvanının hərəkətinə maneə yardır, yolda tikanlı məftillər quraşdırıb. Onların bu hərəkəti qəbuledilməzdir. Adından bəlli olduğu kimi sülhməramlıların vəzifəsi regionda sülhyaratma prosesinə dəstək verməkdir, lakin onlar humanitar yardımın çatdırılmasına ciddi maneəçilik törətməklə öz səlahiyyətləri çərçivəsindən kənara çıxmış olurlar və sülhyaratma prosesinə ciddi zərbə vururlar”, – deyə A.Həsənova bildirib.

Deputatın fikrincə, proseslər bir daha onu göstərir ki, Ermənistan və onun havadarları bu cür “humanitar böhran” şousu düzəltməklə Azərbaycana qarşı təzyiq etməyə cəhd edirlər.

“Onlar Qarabağda yaşayan erməni əhalini də təzyiq altında saxlayılar.

Ermənistan və havadarları bilməlidir ki, bu cür hərəkətlərlə Azərbaycana təzyiq göstərə biməzlər. Azərbaycan öz haqlı möqveyində qətiyyətli və prinsipaldır, öz haqq yolundan dönməyəcək”, – deyə o, əlavə edib.

Xatırladaq ki, Ermənistan hakimiyyəti başda olmaqla Qarabağdakı separatçı rejim qalıqları artıq uzun zamandır müxtəlif yollarla dünya ictimaiyyətini, beynəlxalq təşkilatları inandırmağa çalışırlar ki, guya Azərbaycan Laçın yolunda sərhəd buraxılış məntəqəsi qurmaqla Qarabağ ermənilərini blokadaya alıb, onlar üçün humanitar böhran vəziyyəti yaradıb, guya ermənilər ərzaq çatışmazlığı ilə üz-üzədirlər. Bölgədə guya “gərgin humanitar vəziyyət”, “blokada”nın mövcudluğu ilə bağlı manipulyasiyalarını davam etdirən Ermənistanın erməni sakinlərin tələbatlarının ödənməsi üçün Laçın yolu və digər alternativ yollardan istifadə ilə bağlı məsələlərin həll olunması üçün əldə olunmuş razılaşmalara əməl etmək əvəzinə, sülh prosesinə maneə törədir.

Azərbaycan tərəfi isə növbəti dəfə humanist yanaşma sərgiləyərək Qarabağda yaşayan erməniəsilli vətəndaşlar üçün humanitar yardım göndərir.