Ermənilərin Livandakı səfirliyimizə hücum etdi-Video

Ermənilərin Azərbaycanın Livandakı səfirliyinə hücum anının görüntüləri yayılıb.
Bu barədə Ermənistan teleqram kanallarında video paylaşılıb.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməni əsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar.