Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisinin meyiti tapıldı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi Georgi Kutoyanın meyiti tapılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin sözçüsü Naira Harutunyan bildirib. 

G. Kutoyanın güllə yaraları olan meyiti Yerevanda yerləşən mənzildə aşkarlanıb. Onun öldürüldüyü, yaxud intihar etdiyi hələlik məlum deyil.
Qeyd edək ki, G. Kutoyan 2016-2018-ci illərdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi olub.