Futbolçu intihar etdi

47

 

Almaniyanın “Şpandau Kikers” klubunun futbolçusu Andres Birmann intihar edib

 

Futbolçunun meyiti öz evində tapılıb. Klubun meneceri Günter Haqedorn bildirib ki, futbolçu  depressiyadan əziyyət çəkirmiş:
“Andres intihar edib. Biz hamımız şokda və dərin kədər içindəyik”.
Futbolçu uzun illər depressiyadan əziyyət çəkib. O, 2003, 2009, 2012-ci illərdə də  intihara cəhd edib.
Qeyd edək ki, Brimann karyerası ərzində “Sankt-Pauli”, “Union” klublarının da şərəfini qoruyub.(publika.az)