“Gələn həftə Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı çox həlledici olacaq” – Deputat

“Bir neçə gün bundan əvvəl Qarabağda yaşayan  ermənilər qocaların və uşaqların Xankəndidən təxliyə edilməsiylə bağlı informasiya yayıldı. Bu gün yenə də Ermənistan mətbuatı xəbər yayır ki, Avropa Birliyinin müşahidə missiyasının üzvləri ön xətdən uzaqlaşdırılıb və Ermənistan müdafiə naziri sərhəddə olan qoşunlara bir nömrəli hazırlıq əmri verib. Bütün bunlar bir sıra mühüm məsələlərdən xəbər verir”.

Bu fikirləri  Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, önümüzdəki həftələr həlledici olacaq:

“Qarşıdakı günlərdə iki ölkənin rəsmilərinin görüşü olacağı gözlənilir. Görünür o görüşə qədər hadisələr daha da radikallaşa bilər. Həmin görüşdə artıq ABŞ faktlara istinadən deyəcək ki, hansı cür hərəkət etməlisiniz. Ona görə də düşünürəm ki, önümüzdəki bu bir neçə həftə Ermənistan-Azərbaycan münasibərləri ilə bağlı çox həlledici olacaq”.