Gəlin toydan öncə evdən qaçdı

 

4

Azərbaycanda daha bir gəlin toyqabağı başqasına qoşularaq qaçıb

 

Məlumata görə, hadisə Şabranın Xəlilli kəndində baş verib. Kənd sakini olan Nailə (ad şərtidir) həmyerlisi ilə nişanlanıb. Onların nişan mərasimi və daha sonra rayondakı şadlıq evlərinin birində qız toyu baş tutub.
Məlumatda deyilir ki, bu mərasimlərdən sonra Nailənin xınayaxdı mərasimi də təşkil edilib. Bu mərasimdən sonra oğlan toyuna üç gün qalmış gəlin başqasına qoşularaq qaçıb.
Bütün tədbirlər görüldüyü, qonaqlar dəvət edildiyi üçün çox gərgin və rüsvayçı vəziyyitin yarandığı da qeyd olunur. Bəy bu rüsvayçı hadisəni ört-basdır etmək üçün başqa bir qızı qaçıraraq özünə toy edib.
Hadisə ilə bağlı o da deyilir ki, toyundan üç gün əvvəl qaçan qız bundan öncə üç dəfə nişanlı olub. O nişanlarını da müxtəlif bəhanələrlə geri qaytarıb.
Qeyd edək ki, Azərbaycanda qızların toyqabağı və toy günü qaçması ilk hadisə deyil. artıq kütləviləşib. Buna qədər də belə hadisələr yaşanıb.
Avqust ayında Lənkəran rayonunda toy gəlinsiz baş tutub. İki gün sonra gəlin olacaq nişanlı qız evdən qaçıb.
Nişanlı qızın bu addımından sonra 8 avqusta təyin edilmiş toy təxirə salınmayıb. Baş verənlərdən xəbərsiz olan qonaqlar toyda iştirak ediblər. Lakin bəy öz kürsüsündə tək oturub.