Generallar qan verdi
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 18-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ərəfəsində növbəti qanvermə aksiyası keçirilib.
XALQ.AZ xəbər verir ki,Talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələrə, xüsusilə uşaqlara yardım məqsədilə keçirilən aksiya Dövlət Miqrasiya Xidməti ilə Respublika Qan Bankının birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Bakı şəhər regional miqrasiya baş idarəsi, Naxçıvan regional miqrasiya baş idarəsi və Yevlax regional miqrasiya idarəsində təşkil edilən aksiyada Xidmətin 80-nə yaxın əməkdaşı iştirak edib.