Günay üzüyünü itirdi

 

87

Müğənni Günay İbrahimli son vaxtlar zinət əşyalarının itməsindən şikayətlənib.

Xalq.az məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında bu yaxınlarda brilyant üzüyünü itirdiyini və bu xəbəri ailəsindən gizlətdiyini etiraf edib:

“Bilmirəm niyə, qızıl saxlamağı bacarmıram. Tez-tez zinət əşyalarımı itirirəm. Qızıl, brilyant mənə düşmür. Bu yaxınlarda brilyant üzüyümü itirdim. Evdəkilərin hələ bundan xəbəri yoxdur. Deyirlər, nəzərdir, gözdür. Amma nə qədər olar… Belə düşünürük ki, bir dəmir parçasıdır, itdi, eybi yox. Amma insan əziyyət çəkir, qazanır, alır. İstər-istəməz, adama təsir edir. Hədiyyə olan nəyisə itirəndə narahat olmursan. Çünki ona pul verməmisən. Əsas odur ki, Allah səsimi qorusun. Bunların hamısına onunla nail olmuşam”.

Günay İbrahimli bahalı müğənni olması ilə bağlı suala isə belə cavab verib:

“Deyirlər, Günay bahalı müğənnidir. Bu o demək deyil ki, brend geyinəsən, mahnılar oxuyasan. İnsanlıq olmalıdır. Cəmiyyətdə tutduğun mövqe və yer önəmlidir. Sənətə gələndən çoxlu dostlar qazanmışam. Amma düşmənim də var. İnsanlığımızı itirməyək, qiymətli əşyalar bu dünyada qalacaq”.