Hadi Rəcəbli onlarla görüşdü – FOTO

74 saylı  seçki dairəsində bir neçə ucqar dağ kəndləri var. Həmin kəndlər vaxtaşırı çox ciddi problemlərlə üzləşir. İldə bir neçə dəfə həmin kəndlərdə öz seçicilərilə görüşən Hadi Rəcəbli bu dəfə də belə kənd əhalilərindən bir qrupunun hüzuruna getdi. Belə yaşayış məntəqələrindən biri də dəniz səviyyəsindən 1200 metr hündürlükdə olan Bəliton kəndidir. 

XALQ.AZ xəbər verir ki, Rayon İcra başçısının tapşırığı ilə bu günlərdə həmin kənddə keçilməsi olduqca çətin olan, çox riskli avtomobil yolunun təmiri keçirilirdi. Yollar çınqılla bir neçə yerdən bağlı olduğundan deputatlığa namizəd seçiciləri ilə birlikdə, əlində bel, çınqılın yayılmasında və yolun qaydaya salınmasında iştirak etdi.

Dağ döşünün birində kəndin 40-a yaxın seçicisi Hadi Rəcəblinin ətrafına toplandı. Onlar kəndin bəzi ailələrinin Lənkəranda işlə təmin olunmasında yaxından köməklik  göstərdiyinə görə Hadi müəllimə təşəkkürlərini bildirdilər. Həmin kənddən olan Fəxrəddin Yusubov ailəsi ilə birlikdə şəhərdə işlə və yaşayış yeriylə təmin olunduğu üçün Hadi müəllimə öz dərin təşəkkürünü bildirdi.

Seçicilər kənddə bu vaxta qədər təbii qazın olmadığını xüsusi vurğuladılar. Bu məsələ ilə bağlı Hadi Rəcəbli telefonla yuxarı təşkilatlar qarşısında məsələ qaldırdı və bunun iqtisadi, hüquqi normativlər baxımından da təşəbbüsündə oldu.

Kənd pedaqoqlarının bir neçəsi qeyd etdi ki, Hadi müəllimi onlar 70-ci illərdən taniyırlar. Cəfərov Balarza  söz alaraq dedi ki, 1974-cü il yanvar ayının sonlarında Hadi Rəcəbli ona komsomol bileti təqdim etmişdir. Deputatlığa namizəd o adamla bir daha səmimi görüşdü və ona özü haqqında yazılmış “Düşüncələr işığında” kitabını bəxşiş etdi. Kənd əhalisi qeyd etdi ki, Hadi Rəcəbli bu yüksəklikdə, çətin şəraitdə məktəbin tikilməsi üçün yuxarı təşkilatlarla dəfələrlə ünsiyyətdə olub. Onunçün  əhali Hadi müəllimi həmişə hörmətlə xatırlayır.

Problemləri ilə bölüşən kənd əhli qeyd etdi ki, biz Hadi Rəcəbliyə səs verəcəyik, ona arxalanırıq, onun namizədliyini irəli sürən “Yeni Azərbaycan Partiyasi”nın sədri, ölkə prezidenti cənab İlham Əliyevə öz təşəkkürümüzü bildiririk.