Hamilə müğənni gecəlik qiymətini bildirib

85   Müğənni Demet Akalın hamilə olmağına baxmayaraq bayram günü səhnəyə çıxacaq. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mətbuat işçiləri bir çox sənətçinin yeni il gecəsi hansı məkanda olacağı barədə siyahı hazırlayıb.Belə ki, siyahıya əsasən bu il ən çox məbləğ tələb edən ifaçı hamilə Demet Akalın olub.Sənətçinin qazanacağı pul dəqiq açıqlanmasa da, biletlərin qiyməti artıq məlumdur. Demeti bayram gecəsi canlı izləmək istəyənlər 300-1000 lirə (130-400 AZN) ödəməlidirlər. Digər ifaçı Gülşənin konsertində isə bu göstərici 160-460 lirədir (65-185 AZN).Eləcə də qeyd olunub ki, biletlər ötən illə müqayisədə iki dəfə bahalaşıb.