Hazırlıqlara start verilib

 

8

“Buna bizim həm gücümüz, həm də imkanımız çatır”

“Yeni Azərbaycan Partiyası bütün seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də aktiv iştirak edəcək”.

Bu sözləri Milli Məclisin deputatı, YAP icra katibinin müavini Mübariz Qurbanlı ilin sonunda keçiriləcək bələdiyyə seçkilərindən danışarkən belə deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı hazırlıqlara start verilib: “YAP istənilən seçkidə iştirak edərək, uğur qazana bilər. Çünki bu partiya Heydər Əliyev ideyalarına söykənərək, fəaliyyət göstərir. Öz sıralarında yüzminlərlə üzvü birləşdirir və cəmiyyətin aktiv siyasi təbəqəsi bu partiyanın sıralarında cəmləşib. 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqlarımız başlayıb. İnanırıq ki, bu seçkilərdə də bizim namizədlərimiz qalibiyyət qazanacaq. Çünki buna bizim həm gücümüz, həm də imkanımız çatır”.