Heç bir ölkə, heç bir qurum “Artsax” adında dövlət tanımır

Azərbaycan Xankəndidəki qondarma rejimin “seçkilər” adlandırdığı qanunsuz fəaliyyətlə bağlı bundan sonra nə edəcək?

Milli Məclisin deputatı Arzu Nağıyev vurğulayıb ki, beynəlxalq təşkilatlar Qarabağda baş verən “seçki” oyununa mütləq reaksiya göstərməlidir:


“Bu “seçki” bütün qanunlara zidd idi. Digər müdaxiləyə onların ixtiyarı belə yoxdur. Təbii ki, bu “seçkilər” qeyri-legitimdir və separatizmin başqa bir təzahürüdür. Danışıqların getməsinə baxmayaraq, müxtəlif dövlətlər siyasi şou yaradaraq, Qarabağdakı ermənilərin blokadaya alındığını, “humanitar böhran”a məruz qoyulduğunu deyirlər. Məlumdur ki, bunların heç bir əsası yoxdur. BMT TŞ-nin toplantısında Azərbaycanın haqlı olduğu bir daha  sübut olundu. Buna baxmayaraq, Ermənistanda olan keçmiş səhra komandirləri və onların havadarlarının təkidi ilə belə hallar yaşanır.  Onların öz daxilində də problemlər var. Qondarma “parlamentdə” Şahramanyanı dəstəkləyən özlərinin yaratdığı “partiyalar” var. Keçmiş “müdafiə naziri” olmuş Samvel  Babayan bütün sakinləri mitinqə çağırmaqla sübut edir ki, bunların arasında ciddi qarşıdurma var.  Bu ciddi qarşıdurmanın qarşısını almaq üçün separatçı rejimin “təhlükəsizlik xidməti” məhz həbslərin olacağı fikirlərini səsləndirir. Təbii ki, heç bir ölkə, heç bir qurum “Artsax” adında dövlət tanımır”.