Hüseyn Əmir-Abdullahian Azərbaycana gəlir

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycana gəlir.

Bu barədə İran XİN məlumat yayıb.

Məlumata görə, artıq Bakıya yola düşən Abdullahian paytaxtımızda keçiriləcək Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

Bunda başqa, İran XİN rəhbərinin səfər çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramov və digər rəsmilərlə görüşü planlaşdırılır.