İçərişəhər Hindistanda keçirilən Ümumdünya İrs Abidə Menecerləri Forumunda təmsil olunur.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən XALQ.AZ-a verilən məlumata görə Hindistanın Nyudehli şəhərində Ümümdünya İrs Komitəsinin 46-cı sessiyası çərçivəsində keçirilən 6-cı Ümümdünya İrs Abidə Menecerləri Forumunda təmsil olunur.
18-25 iyul tarixlərində Hindistan hökuməti, Ümümdünya İrs Mərkəzi, Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin ICCROM – conserving culture, promoting diversity) və Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (IUCN) birgə təşkilatçılığı ilə keçirilən forum dünyadakı irs obyektlərinin davamlı idarə olunması üçün inkluziv və effektiv yanaşmalara həsr olunur.
Sessiyalar zamanı tədbirin iştirakçıları Ümumdünya İrs obyektlərində və digər irs yerlərində idarəetmə, planlaşdırma və qərar qəbuletmə proseslərinin təkmilləşdirilməsi üçün əsas alətlər və resurslarla tanış olacaqlar.
Forum Ümümdünya İrsin idarə olunması sahəsində fəaliyyət göstərən hökumət və qeyri-hökumət qurum və təşkilatların nümayəndələri üçün nəzərdə tutulur.