İcra nümayəndəsi kəndin yolunu niyə bağladı? – SƏBƏB

Lerik rayon Veri inzibati ərazi icra nümayəndəsi Allahverən Məmmədov kənddən çıxış yolunu 17 saat ərzində bağlayıb.

Bu barədə kənd sakinləri məlumat verib. Belə ki,  Axunəhiran kəndindən çıxan magistral yol Lerik rayon polis əməkdaşlarının fədakarlığı sayəsində açılaraq kənd camaatının istifadəsinə verilib.

Kənd sakinlərinin bildirdiyinə görə, iyunun 30-u 22:00 radələrində Şirvan Rəhimova məxsus 99-HT-489 dövlət nömrə nişanlı, “Niva” markalı avtomobil kənddən çıxan yolun ortasında saxlanılıb. Bu barədə kənd sakinləri 102 xidmətinə məlumat verib.

1 iyul gündüz saatlarında da bir neçə dəfə 102 xidmətinə yolun bağlandığı haqda məlumat verilib. Lerik rayon Polis şöbəsinin əməkdaşlarının hadisə yerinə cəlb olunmasından sonra tam saz vəziyyətdə olan maşın yoldan götürülərək yol açılıb.

Məlum olub ki, 28 ildir Veri ərazi icra nümayəndəsi işləyən Allahverən Məmmədov evinin 20 metrliyindən keçən magistral yolu qardaşı Veri kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Şirvan Rəhimova məxsus maşınla tutub və 17 saat ərzində maşını ərazisindən çəkməyib.

Maraqlıdır ki, icra nümayəndəsi pəncərədən mövcud mənzərəni seyr edərək heç bir tədbir görməyib.