İki “Mercedes” toqquşaraq işıq dirəyini əydi

Mersedes

Bakının Xətai rayonunda sərxoş sürücü yol qəzası törədib. Hadisə Afiyəddin Cəlilov küçəsində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşını yol kənarında dayanan başqa bir “Mercedes”ə çırpıb. Sürəti yüksək olan “Mercedes” daha sonra işıq dirəyinə dəyib. Qəza nəticəsində avtomobillərə ziyan dəyib, işıq dirəyi isə əyilib.

Qəzadan sonra hadisə yerinə yol-patrul xidmətinin əməkdaşları cəlb ediliblər. Hadisə yerində olan polis əməkdaşaları bildiriblər ki, qəzaya səbəb olan “Mercedes”in sürücüsü sərxoş vəziyyətdə olub və o ərazini tərk edib.

Hadisə yerində araşdırma aparılandan sonra isə avtomobil polis əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb.

Hazırda qəzanı törədən sürücünün kimliyi dəqiqləşdirilir. Qəzanın baş vermə səbəblərinə isə Xətai rayon dövlət yol polis şöbəsində araşdırılır.