İki uşaq maşın altda qaldı

4

 

Azərbaycanın Yevlax şəhərində faciəli hadisə baş verib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün qeydə alınıb.

Yevlax rayon sakinləri – 2001-ci il təvəllüdlü Vüsalə Saleh qızı Kərimova və 2008-ci il təvəllüdlü Könül Anar qızı Kərimova məişət tullantıları daşıyan yük maşınının altında oynayarkən maşın hərəkətə gəlib. Nəticədə yük maşınının altında qalan V.Kərimova dünyasını dəyişib, K.Kərimova isə xəstəxanaya yerləşdirilib.

Polisdən həmçinin bildirilib ki, sürücü azyaşlıların maşının altında olmasından xəbərsiz olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.