İranda 8 nəfər edam edildi

48

 

 

İranda 8 nəfər edam edilib. APA-nın verdiyi məlumata görə, məhbuslar qətl və silahlı soyğunçuluqda günahlandırılaraq dara çəkiliblər. Əlborz vilayətində 6 nəfər asılıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra fevralın 19-da səhər saatlarında Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında icra edilib. Fars vilayətində isə bir nəfər edam edilib. Məhbus qətldə və silahlı soyğunda iştirak etməkdə günahlandırılaraq əhalinin gözü qarşısında dara çəkilib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra fevralın 19-də səhər saatlarında Şiraz şəhərinin Kuzehgari meydanında icra edilib. Fevralın 18-də də həmin şəhərdə iki nəfər mərkəzi meydanda asılıblar. Eyni zamanda İranın Qərbi Azərbaycan vilayətində də bir nəfər edam edilib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra fevralın 19-da səhər saatlarında Xoy şəhərində icra edilib.