Qarabağ qazisi ölüm aclığına başlayır

65

 

 

Bu barədə onu həmkarı Asif Yusifli məlumat verib

Fevralın 24-də Bakıda Qarabağ qazisi ölüm aclığına başlayacaq. Bu barədə qazi Asif Yusifli sosial şəbəkədə məlumat verib. “Dünən qeyd etmişdim. Amma təkrarda fayda olduğunu uşaqlıqdan bildiyim üçün bir də yazıram. Qarabağ qazisi Ağayev Namiq Əli oğlu 24 fevral saat 12.00-da Neapol dairəsi yaxınlığındakı yataqxanada ölüm aclığına başlayacaq. Bu gün 40 yaşım tama olsa da, bütün günümü onu fikrindən daşındırmağa sərf etdim. Amma təəssüf razılaşmadı. Sabah media mənsubları diqqətdə saxlasa yaxşı olar”,- deyə A.Yusifli bildirib. O, qazinin bu addımının səbəbini açıqlamayıb.