İsraildə partlayış – 1 hərbçi ölüb, 3 yaralı var

İsraildə hərbi hissələrdən birində partlayış baş verib.

 

Xalq.az İsrail mətbuatına istinadən xəbər verir ki, hadisənin səbəbləri hələlik bəlli deyil.

 

Partlayış nəticəsində 1 hərbçi həyatını itirib, daha 3 hərbi qulluqçu isə xəsarət alıb.

 

Hazırda araşdırmalar davam etdirilir.