“İstəyirlər Ermənistanda Fransadan gələn məhsulları yesinlər…” – Deputat

“Ermənistanın və Qarabağdakı separatçıların “blokada” şousunun gedişatı göstərir ki, ermənilər özləri-özlərini uçuruma aparırlar. Ermənilərin düşmənləri özləridirlər. Dünən Xankəndidə separatçıların “rəhbər”lərinin istefaya getmələri də ermənilərin dalanda olduqlarının göstəricisidir”.

Bunu   Milli Məclisin deputatı Elnur Allahveriyev bildirib.

O qeyd edib ki, Bakıda akreditə olunmuş xarici diplomatlar Ağdamda vəziyyəti öz gözləri ilə gördülər: “Azərbaycanın humanist jest edərək Qarabağ ermənilərinə etdiyi ərzaq yardımını qəbul etməmələri göstərir ki, “blokada” oyunu humanitar deyil, siyasi məsələdir. Bu necə ola bilər ki, acından ölürsən və sənə edilən yardımdan imtina edirsən? Bu xalq kütləvi şəkildə psixoz halındadır”.

Deputatın sözlərinə görə, Azərbaycanın humanitar yardımını qəbul etməmələri o deməkdir ki, onlar Azərbaycanın tərkibində yaşamaq istəmirik: “Laçın yolunu 30 il ərzində olduğu kimi nəzarətsiz, boz zona olaraq istifadə etmək xəyalları isə uydurduqları “müstəqillik” oyununu davam etdirmək istəklərindən irəli gəlir. Ac qalmaq hər kəsin öz hüquqdur. İstəyirlər ac qalsınlar, istəyirlər Ermənistanda Fransadan gələn məhsulları yesinlər, sərhəddə onların keçidi üçün bütün şərait yaradılıb. Hər gün onlarla şəxsin bu imkandan rahat yararlandığını bütün dünya görür.

Onsuz da Ermənistanın bu ucuz şousuna inanan yoxdur. Heç Fransanın özündə də inanmırlar. Sərhədə gələn Paris meri də gerçək vəziyyətin nə olduğunu gözəl bilir. Fransa burada “ac ermənilər” deyil, öz maraqlarının axtarışındadır. Bu gün bu xalq özünün iki əsrlik tarixi saxtakarlığının məntiqi sonluğuna çatıb və bunu da özləri anlayırlar. Ona görə də aqoniyadadırlar. Bir tərəfdən “aclıq”dan şikayətlənirlər ki, ölürük, kömək edin, digər tərəfdən də deyirlər ki, ölərik, amma Azərbaycanın çörəyini yemərik. Yemirsiniz, gedin Ermənistanda haranın çörəyini yeyirsiniz yeyin. Kim sizi zorla saxlayır?”

Deputat E.Allahverdiyev deyib ki, ötən gün bir qrup ermənilərin Livandakı səfirliyimizə xain basqınları da əlacsızlıqlarının göstəricisidir: “İstisna deyil ki, qarşıdakı günlərdə digər ölkələrdəki səfirliklərimiz qarşısında da belə hadisələr ola bilər. Özləri özlərini dünyaya ifşa edirlər. Sirkə tünd olanda qabını çatladır”.