Jalə Əliyeva təltif olundu

Milli məclisin deputatı təltif edilib.
Bu barədə millət vəkili Jalə Əliyeva rəsmi Facebook səhifəsində paylaşım edib.Paylaşımı olduğu kimi sizə təqdim edirik.

Dünən doğma Zərdabımıza qonaq gələn Zərdabişünas alimlər, dəyərli Esmira xanım Cavadova və Eldəniz Həsənovla birlikdə ustad Həsən bəy Zərdabinin Ev Muzeyini ziyarət etdik. Muzey tərəfindən Azərbaycan Respyblikası Mədəniyyət Nazirliyi Ağdaş Regional Mədəniyyət İdarəsinin  “Həsən bəy Zərdabi irsinin təbliğində göstərdiyimiz  xidmətlərə görə Təşəkkürnamə”si ilə təltif edildik.