KİA qəza törətdi

KIa

KİA Sportage markalı minik maşını qəza törədib.
Hadisə Xaçmaz şəhərinin Nərimanov küçəsində baş verib.

XALQ.AZ-ın məlumatına görə, şahidlər bildirir ki, “90 VF 085” dövlət nömrə nişanlı KİA Sportage minik maşını yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib və yolun kənarında dayanan VAZ-21011 markalı “Jiquli”yə dəyib.

Zərbənin təsirindən “Jiquli”yə ciddi ziyan dəyib, KİA Sportage isə daha sonra səkidəki ağaca dəyərək dayanıb.

Qəza zamanı Nərimanov küçəsində tıxacın yarandığı deyilir.