“Neftçi” Bakıda qələbə qazana bilmədi

Neftci-1

“Neftçi” (Azərbaycan) – “Çixura” (Gürcüstan) matçı 0-0 hesabı ilə sona çatıb.

XALQ.AZ-ın məlumatına görə, futbol üzrə UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxan Bakının “Neftçi” komandası doğma meydanında qələbə sevincini yaşaya bilməyib.

Qeyd edək ki, komandalar meydana bu heyətlə çıxmışdılar:

“Neftçi”: Saşa Stemankoviç, Karlos Kardosa, Elvin Yuniszadə, Brunu Bertuççi, Araz Abdullayev, Flaviniyo, Julius Vobay, Kaue, Erik Ramos, Mirhüseyn Seyidov və Ernest Nfro

“Çixura”: Maksik Kvilitiya, Qiorqi Kimadze, Şota Kaşiya, Qiorqi Cambul Ciquari, Qiorqi Koripadze, Qiorqi Datunayşvili, David Odikadze, Qioqi Qabedava, Laşa Kutsuxidza, və Besik Dekonadze

Görüşün baş hakimi rumıniyalı Kristan Balaj idi. Ona həmyerliləri Sebastian Gheorghe, Ovidiu Artene və Katalin Sorin Popa kömək edirdilər.