Qəbələdə bir nəfər qayalıqdan xilas edildi

Qebele-1

Azərbaycanda bir nəfər qayalıqdan xilas edilib.

Hadisə Qəbələ rayonunun Durca kəndi ərazisində baş verib.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 1 nəfər vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

XALQ.AZ-ın məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş təxminən 300 metr hündürlüyü olan qayalıq əraziyə çıxmış və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vastəsilə vətəndaşı oradan endirib və aidiyyatı üzrə təhvil veriblər.