Komada olan azərbaycanlı jurnalist öldü

jurnalist

Altı aydır komada olan azərbaycanlı jurnalist dünyasını dəyişib.

Xalq.az-ın məlumatına görə, ötən il noyabr ayında maşın vurması nəticəsində komaya düşən avropa.info-nun əməkdaşı Sahib İslamov bu gün səhər saatlarında vəfat edib.

Xatırladaq ki, Sahib İslamovu noyabrın 1-də Xocasən yolunda qəzaya uğrayıb. Belə ki, dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atıb. Dərhal da qəza törədən avtomobil sürücüsü onu Musa Nağıyev adına xəstəxanaya çatdırıb.

S.İslamov ağır müştərək qapalı beyin travması, baş beynin əzilməsi, sağ bazu sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, sol bud sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, çanaq sümüklərinin sınığı, döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin son rəyi nəticəsində bəlli olmuşdu ki, Sahib İslamovun beyin hüceyrələri ölüb və dünyanın heç bir yerində bunun müalicəsi yoxdur.