SOCAR-ın məktəbi yanır? (FOTO)

mekteb

Bakıda yerləşən litseydə yanğın başlayıb. Yanğının günorta saatlarında Bibiheybətdə yerləşən SOCAR-a məxsus “Bakı İstedadlar Təhsil Mərkəzi”də başladığı bildirilir.
Xalq.az-ın məlumatına görə, bu barədə informasiya sosial şəbəkələrdə yayılıb. Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, əraziyə heç kim buraxılmır. Yanğınla mübarizəyə 10-a yaxın texnika cəlb edilib.

FHN-dən verilən məlumata görə, hazırda adıçəkilən məktəbəki yanğının qarşısını almaq üçün hadisə yerinə yanğınsöndürən maşınlar göndərilib.

Dövlət Neft Şirkətindən isə bildirilib ki, təhsil kompleksinin arxasında inşaat materialları zibilliyi yanır. ARDNŞ-dən bildirilib ki, artıq yanğın söndürülüb və heç bir təhlükəli məqam yoxdur.