Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı dəyişdirildi

Bas Prakurorluq

Milli Məclisin bu gün keçirilən iclasında baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi rəisinin və müavinlərinin təsnifat statusu, rəisin və idarənin səlahiyyətlərinin artırılması ilə bağlı layihələr müzakirəyə çıxarılıb.
ANS PRESS-in məlumatına görə, qanun layihələri barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Prokurorluq haqqında” qanunlara əlavə və dəyişikliklər təklif edilir.

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunun 10-cu maddəsinə təklif olunan dəyişikliyə əsasən, baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi rəisinin təsnifat statusu artırılaraq ikinci təsnifata – baş prokurorun müavinləri ilə eyni təsnifata daxil edilir. İdarənin müavinləri və idarə rəislərinin təsnifatı isə Baş Prokurorluğun idarə və müstəqil şöbə rəislərinin, hərbi prokurorun müavinlərinin mənsub olduğu üçüncü təsnifata yüksəldilir.

Qanun lahiyəsi səsverməyə qoyularaq qəbul olunub.