media-renaa
Bakının Yasamal Rayon Məhkəməsində qalmaqallı “Laser Beauty Estetik Klinika”sı ilə bağlı məsələyə baxılıb.
Məhkəmə qalmaqallı "Laser Beauty Estetik Klini...
XALQ.AZ  xəbər verir ki, məhkəmənin qərarına əsasən, estetik klinika 8000 manat cərimələnib.
“Laser Beauty Estetik Klinika”sının lisenziyasının ləğv olunması məsələsinə isə baxılmayıb. Bildirilib ki, bununla bağlı İqtisadiyyat Nazirliyi qərar verəcək.
В Центре аналитической экспертизы ответили на претензии клиники Laser Beauty Estetik - Oxu.az
Xatırladaq ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən yanvarın 22-dən 23-dək klinikada yoxlamalar aparılıb, müəssisənin lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti göstərilməsi aşkar olunub.
Müəssisədə yoxlama nəticəsində məlum olub ki, tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən forma və qaydalar üzrə aparılmır. Stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət etmədən, “cərrahi-stomatoloji”, “rentgenoloji”, “diş texniki” işlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib. Həmçinin, müəssisədə çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb.
Laser Beauty Estetik Klinikası” | Bakuplus.az
Qeyd edək ki,fevralın 14-də Səhiyyə Nazirliyi “Lazer Beauty Klinikası”nın lisenziyasının dayandırılması ilə bağlı İqtisadiyyat Nazirliyinə məktub göndərib. Eyni zamanda Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Lazer Beauty Klinikası”nda aparılan yoxlamalar zamanı aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələrin tətbiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdi.
media-98

media-ads728x90

Bənzər xəbərlər