Lerikdə şəhidlərin xatirəsinə həsr olunan bulaq kompleksinin açılış oldu

Bugün ,Lerik Rayonunun Çeşman kəndində şəhidlərin xatirəsinə həsr olunan bulaqkompleksinin açılış mərasimi keçirildi.Allah Vətən uğrunda canını fəda edən bütün şəhidlərimizi rəhmət eləsin.Şəhidlərimiz hər birimiz üçün baş tacı, müqəddəs and yerimizdir. Şəhidlərimizin ruhları və onları böyüdən, qəhrəman və mərd oğullar kimi yetişdirən, valideynlərinin qarşısında baş əyirik. Şəhidlərimiz hər zaman mənən və ruhən bizimlədir və müstəqil Azərbaycanımız yaşadıqca, var olduqca, onlar da yaşayacaq.

Mərasimdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyətlərini icra edən Cəlil Baxşiyev çıxış edərək qeyd etdiki,Müzəffər Ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz 2020-ci il sentyabrın 27-də müqəddəs bir haqq savaşına atıldı. 30 ilə yaxın erməni qəsbkarlarının işğalı altında olan Qarabağ torpağlarının azad edilməsi uğrunda Vətən müharibəsi başlandı.Erməni vandalizmi nəticəsində xarabalığa çevrilmiş, talan edilmiş şəhər və kəndlərimiz 44 gün ərzində düşməndən tamamilə azad edildi. Azərbaycan xalqının Qələbə əzmi və iradəsi,iqtisadi gücü,müasir ordu quruculuğu,xalq-iqtidar birliyi qələbəmizi təmin edən mühüm amillər idi.Qələbəmizi şərtləndirən ən böyük amil isə əsgər və zabitlərimizin Vətənə olan sonsuz sevgisi,yüksək döyüş qabiliyyəti,Vətən uğrunda canlarını belə fəda etmələri oldu.Bu gün əziz xatirəsini hörmət və ehtiramla andığımız Ruhid Uğur oğlu İslamlı da belə igidlərimizdən biri olmuşdur.Ruhid yurduna,el-obasına,Vətəninə qəlbən bağlı bir gənc kimi həmişə ürəklərdə yaşayacaq.Biz belə qəhrəman oğullarla fəxr edir,qürur duyuruq.

Возможно, это изображение (3 человека, люди стоят и на открытом воздухе)

Возможно, это изображение (один или несколько человек, люди стоят и на открытом воздухе)

Возможно, это изображение (2 человека, люди стоят и на открытом воздухе)
Возможно, это изображение (13 человек, люди стоят и на открытом воздухе)