Lerikin iki kəndində iki məktəb açılmışdır

04

 

 

Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq noyabrın 7-də Lerik rayonunun Durğan və Zərikuməcu kəndlərində yeni məktəb binaları istifadəyə verilmişdir.
AzərTAc xəbər verir ki, hər biri 80 şagird yerlik olan kənd ümumi orta məktəb binalarında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılmışdır.
Yeni təhsil ocaqlarının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimlərdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, ağsaqqallar, ziyalılar, təhsil işçiləri və ictimaiyyətin nümayəndələri müəllim və şagirdləri əlamətdar hadisə münasibətilə təbrik etmiş, ölkəmizdə təsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.