Məktəbdə kütləvi zəhərlənmə

usaq

Qazaxda ad günü keçirən şagirdlər zəhərləniblər.

Xeber.info-ya daxil olan məlumata görə bu gün saat 10 radələrində Qazax rayon Dəmirçilər kənd tam orta məktəbində zəhərlənmə hadisəsi baş verib. Məktəbdə ad günü keçirən 4-cü sinif şagirdlərinin 12 nəfəri evdə hazırlanmış tortdan zəhərlənib.

Hazırda uşaqlar Qazax Rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.