Prokuror işdən çıxarldı

54

 

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinat olub.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Cəlilabad rayon prokuroru Mobil İsmayılov səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Baş Prokurorluq üzrə müvafiq əmrlə tutduğu vəzifədən azad edilib.

M.İsmayılov Bakı şəhər Prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin edilib.