Made in Azerbaijan “Qızıl Quyu”-Fotolar

qizil quyu

 

Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin həyata keçirdiyi bir sıra tədbirlər nəticəsində, Azərbaycanda sahibkarlığın inkişafı üçün çox münbit şərait yaradılmışdır. Sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi və həm də iqtisadi dəstək alırlar. Buna parlaq nümunə kimi, 2005-ci ildə təsis edilmiş “Ayan” Məhdud Məsuliyyətli Cəmiyyəti göstərmək olar. “Ayan” Müəssisəsi Azərbaycanda qida məhsullarının istehsalı, onların emalı və ixracı ilə məşğuldur.

1

Müəssisənin yaradılmasında əsas məqsəd, dünya standartları tələblərinə cavab verən yüksək keyfiyyətli məhsulların istehsalı, daxili və xarici bazarlarda onların satışının təşkilindən ibarətdir

3

Bu gün Müəssisədə yeni istehsal texnologiyalarının tətbiqi nəticəsində buraxılan məhsulun qiymət və keyfiyyətinin optimal tarazlığına nail olmaq mümkün olmuşdur.

6

Bizim təklif etdiyimiz bütün mallar yüksək keyfiyyətə və rəqabət qabiliyyətli qiymətə malikdir. “Ayan” MMC istehsal etdiyi yüksək keyfiyyətli məhsullarının ixracı sahəsində də müvəffəqiyyətlə fəaliyyət göstərir. “Ayan” MMC özfəaliyyəti dövründə iri istehsalçı kompaniyalar ilə uğurlu əməkdaşlıq təcrübəsi əldə etmiş və hal-hazırda alıcılarına geniş çeşiddə yüksək keyfiyyətli qida məhsulları təklif etməyə hazırdır.

5

İstehsal prosesi

 

Azərbaycanın şimalından, soyuq və buzlu Şahdağın ətəklərindən axan bulaqlardan toplanan su termostat çənlərlə zavoda gətirilir. Laborantlarımız tərəfindən yoxlanılan su, qum və aktiv karbon filtirlərindən keçərək təmizlənir.

16 19 22 111

Təmizlənmiş su avropa texnologiyası ilə təhciz edilmiş zavodda qapalı şəraitdə birdəfəlik istifadə olunan şüşələrə doldurularaq etiketlənir. Avtomatik dolum, etiket və laborator kontrolundan keçərək, əl dəymədən istehsal olunur. Yalnız laboratoriyadan alınan kimyəvi və bakterialoji analizlərin müsbət cavabından sonra hazır məhsul satışa göndərilir.

Verilən məlumatlara görə “Ayan” MMC “БЕЛОЧКА” “Tək-Tək” ağ-qara günəbaxan tumlarının və “БЕЛОЧКА” şirin-pendirli qarğıdalı çubuqlarının emalı, qablaşdırılması və satışı ilə məşğuldur. Müasir standartlara cavab verən texnologiya ilə tam gigyenik şəraitdə istehsal olunur.

7 8 15 17

XALQ.AZ İnformasiya Ağentliyinin əməkdaşları ilə müsahibə zamanı   Ayan MMC rəhbəri Adıgözəl Bayramov bildirmişdir ki, Azərbaycanda sahibkarlığın inkişafı üçün çox münbit şərait yaradılmışdır. Sahibkarlar daimi dövlət tərəfindən mənəvi və iqtisadi dəstək alırlar. Biz “Ayan” MMC olaraq bundan ruhlanaraq yeni istehsal sahəsi qurduq. Məqsədimiz Azərbaycanda istehsal olunan məhsulları dünya bazarına ixrac etməkdir. Sahibi olduğum şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı prinsipləri ilə xalqa xidmət etməkdədir.

Müəssəmizdə ən son texnoloji avadanlıqlar quraşdırılmışdır. İstehsalda keyfiyyəti hər zaman əsas tuturuq.

“Ayan”MMC istehsal etdiyi məhsullarının ixracı sahəsində də müvəffəqiyyətlə fəaliyyət göstərir. Sizi bizimlə uğurlu əməkdaşlığa dəvət edirik.

Qeyd edək ki, Ayan MMC keyfiyyətli məhsul istehsalına görə Avrasiya Araşdırma Rəy Mərkəzinin paytaxtda və bölgələrdə respondentlər arasında  keçirilən  sorgulara əsasən “QIZIL KÜRƏ”  mükafatına layiq görülmüşdür