Metronun “ayaqqabı fırçası”

Metro

Şəhər sakinlərindən bəzilərinin ayaqqabılarının tozunu silmək üçün istifadə etdikləri eskalatorlarda quraşdırılan fırçaların əsl məqsədini bilirsinizmi?

XALQ.AZ-ın məlumatına görə, bu fırçalar sərnişinlərin eskalatorların küncünə yaxın durmamaları üçündür. Çünki əks halda donun və ya şalvarın aşağı hissəsi pilləkənlərin arasına ilişə bilər.

Məhz fırça olması isə bunun daha asan hiss olunması, eyni zamanda toxunma zamanı xışıltı səsi verərək sərnişini xəbərdar etməsi üçündür. Lakin bəzi şəhər sakinləri metroya daxil olub eskalatorla hərəkət edərkən, həmin fırçaya ayaqqabısını sürtüb təmizləməyə çalışır.