Mikayıl Cabbarov görüş keçirdi

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş Katibi Mukisa Kituyi ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və BMT arasında ticari-iqtisadi və digər sahələrdə əməkdaşlıq məsələləri, gələcək perspektivləri müzakirə edilib, həmçinin, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.