MSK jurnalistin şikayətini əsassız saydı

MSK-nın iclasında 28 saylı Sabunçu üçüncü seçki dairəsi üzrə namizəd Aygün Süleymanlının (jurnalist Aygün Muradxanlı) şikayətinə baxılıb.

XALQ.AZ-ın məlumatına görə, MSK üzvü İlham Məmmədov bildirib ki, ərizəçi şikayətində seçki dairəsi üzrə nəticələrin ləğvini xahiş edib.

İlham Məmmədov bir neçə məntəqə istisna olmaqla digər məntəqələr üzrə qanun pozuntularının öz təsdiqini tapmadığını deyib. Ancaq MSK üzvü qeyd edib ki, bu pozuntular da həmin məntəqələrdə nəticələrin ləğvinə əsas vermir.

İlham Məmmədov şikayətin təmin edilməli olduğunu vurğulayıb.

İclasda iştirak edən Aygün Süleymanlı bununla razılaşmadığını bildirib. O qeyd edib ki, sosial şəbəkələrə həmin seçki dairəsi üzrə seçki pozuntularına dair videolar yerləşdirib.

Ancaq MSK sədri Məzahir Pənahov bildirib ki, sosial şəbəkədə bu seçki dairəsi üzrə cəmi iki 2 video yerləşdirilib. Bunlar 12 və 13 saylı seçki məntəqələridir.

MSK sədri bildirib ki, namizəd razılaşmadığı məqamlarla bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. M.Pənahov onu da deyib ki, şikayətə təqdim olunan əlavələr yekun protokola dasil ediləcək.

Beləliklə, şikayət əsassız sayıldığından təmin edilməyib.