Müdafiə naziri sərgidə -Fotolar

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və müdafiə naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun dəvəti ilə Əbu-Dabi şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov burada keçirilən İDEX – 2019 Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edib. XALQ.AZ-ın məlumatına görə, mərasimdən sonra general-polkovnik Z.Həsənov sərgi ilə tanış olub və burada qabaqcıl silah istehsalçılarının nümayiş etdirdiyi ən müasir döyüş texnikası və hərbi vasitələrin nümunələrinə baxış keçirib.