Nərimanovda kütləvi yaşıllıq soyqırımına kim cavab verəcək?

 

Nərimanov rayonu İ.Hidayətzadə 37A ünvanında “Şirvanşan Rezidens” MTK inşa etdiyi yenitikili ərazisində çox illik ağacları kəsilməsi ilə bağlı məlumat vermişdik.

XALQ.AZ  məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətində mövqe öyrənmək istəsəkdə məlumatları olmadıqlarını bildirdilər.
Yaşıllaşdırma Təsərrüfatı Birliyinindən rəhbərliyi Mirdaməd Seyidov və Şaiq Veliyev isə zənglərimizə cavab vermədi.

Yaşıllaşdırma Təsərrüfatı Birliyinindən Nərimanov rayon üzrə mütəxəssisi sorğumuza cavab olaraq bildirdi ki, bu barədə heç bir məlumatı yoxdur. “Şirvanşan Rezidens” MTK-da isə bildirdilər ki, bu barədə biz məlumat vermişik və razılaşma ilə Yaşıllaşdırma Təsərrüfatı Birliyininin məlumatı var.

Bir birinə ziddiyət təşlik edən məlumatlar onu deməyə əsas verir ki, “Şirvanşan Rezidens” MTK Nərimanov rayon İsmayıl Hidayətzadə küçəsi 37A ünvanda tikinti apardığına görə çox illik (30 illik) ağacları kəsilməsinə görə Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə sövdələşməsi olub.Köküstə yaş bioloji inkişafda olan Safora və Şam ağacları tikinti aparıldığı üçün gecə ilə kəsilib. Bu artıq isə hüquq mühafizə orqanlarının araşdırması tələb edir.

İddilara görə “Şirvanşan Rezidens” MTK-ağacların kəsilməsi üçün Eldar Əzizovun kadr olan Nərimanov İcra Hakimiyyətinin Başçısı Elgin Həbibullayev və Yaşıllaşdırma Təsərrüfatı Birliyini rəhbərliyi Mirdaməd Seyidov şərait yaradıb.

Məsələ ilə bağlı araşdırma zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyin Dövlət Ekoloji Ekspertiza Agentliyinin müvafiq rəyinin olmadığı müəyyən olundu.

Qeyd edək ki, “Şirvanşan Rezidens” MTK tərəfindən ötən ildə tikinti aparılan ərazidə 20-ə yaxın ağac kəsilib . “Şirvanşan Rezidens” MTK-a barəsində Prokurorluqda cinayət işi başlanılaraq istintaq aparılması üçün Nərimanov rayon Polis İdarəsinə göndərilib və yaşıllığa dəymiş ziyan ekoloji fonda ödənib.

Mövzünü diqqətdə saxlayacağıq.