Naftalanda “Uşaqların Beynalxalq Müdafiəsi günü” qeyd edildi

Naftalan

Naftalan şəhər V.Namazov adına  körpələr evi-uşaq bağçasında balaca fidanların hazırladığı bayram konserti keçirilib. Uşaqların hazırladığı proqram tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Uşaqlardan ibarət rəqs qrupları, şən və hazırcavab balacalar çıxış edərək şeirlər və mahnılar səsləndiriblər.
XALQ.AZ xəbər verir ki, bayram tədbirində şəhər İcra Hakimiyyəti aparatının, Təhsil şöbəsinin məsul işçiləri, eləcə də valideynlər çıxış edərək balacaları “Uşaqların Beynalxalq Müdafiəsi günü“ münasibəti ilə təbrik ediblər.
Uşaqları bu gün münasibətilə ilə təbrik edən körpələr evi-uşaq bağçasının direktoru Tahirə .Bağırova qeyd edib ki, dünyanın hər yerində olduğu kimi Respublikamızda da uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Heydər Əliyev Fondunun Prezdenti YUNESKO və İSESKO-nun  xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva daimi uşaqlara diqqət və qayğı göstərir. Uşaqları qorumaq, onlara qayğı göstərmək, müdafiə etmək hər bir vətandaşın borcudur.

N-1