Nasis yazardan bir neçə kəlmə..

 

66

Elman Nigaran:  Zahid Səfəroğlu Əkrəm Əylislinin tayıdı Son dönəmlər ölkə mətbuatında yersiz və səviyyəsiz “köşə” yazıları ilə çıxış edən milləti bilinməyən yazarlar peyda olub. Mən bilmirəm bunlar kimin ZURNAçılarıdır , haradan gəliblər, kimin “QUC”unda olması belə, biz talışlara maraqlı deyil. Bu səbəbdən də talışları aşağalıyan, onlara erməni deyən naqislər bilmələlidirlər ki, bizim bir vətənimiz var bu da, Azərbaycandır!… Beləki, “Yeni Musafat ” qezetinin 29 sentyabr 2013-cü il tarixində cap edilən künc yazı ümumi talışlara təhqir və hörmətsizlikdir. Qəzetin yazarı Əlikram ləyaqətsizin ermənilərlə iş birliyi ilə bağlı yazdığı yazıda açıq şəkildə bildirilir ki, “ Talışlar Erməni qarışığıdır” və həmin yazar utanmadan vətən xaini Əlikramın tutduğu əməlləri, ümumən talışların ayağına yazır. Yazar Zahıd bəy “Sən demə talışlarla ermənilər eyni etnik kökdən, qohum millətlər imiş” deyərək xəcalət belə çəkmir. Əslində o bu yazıyla öz iç-üzünu göstərir. Çünki, Zahid bəyin azərbaycanlı olduğuna artıq bizdə şübhələr var. Sözün əsil mənasında desək, onun təmsil olunduğu partiya və qəzetin ənənəsi, maliyyəsi və siyasi mexanizmi elə azərbaycançılığdan çox üzaqdır. Əzəldən iyrənc yazılarla çıxış edən “Yeni Musafat ” qəzeti həmişə çalışıb ki, ölkəmizdə xaos və qarşılıqlar olsun. Və bundan istifadəı edib hakimiyyətə gəlib, xalqın vayına dursunlar. Əsl azərbaycanlı qarşıdurma yaratmaz və erməni maraqlarına xidmət etməz. Bütün Azərbaycan xalqı yaxşı bilir ki, Ələkrəm Hümmbətov satqın, şərəfsiz bir yaramazdır. Amma onun bu addımını talış xalqının üzərinə yazmaq da xainlikdir, satqınlıqdır və ən nəhayət “ Yeni Müsavat”çıdır. Digər tərəfdən mənim üzərimə düşən imkanlardan istifadə edərək bildirmək istəyirəm ki, Talış bir millətdir, hər zaman torpaqlarına sahib çıxıb, minlərlə şəhidi qəlbində dəfn edib, sadiqliyi və kişiliyi ilə həmişə sizin kimilərdən seçilib. Hec zaman erməni qadınını özünə arvad edib vəzifə tutmayıb. Biz talışların özləri qədər mayaları da təmizdir, yenə də sizlərdən fərqli. Və əzəli düşmən hesab etdiyimiz ermənilər hər zaman Azərbaycan xalqının eləcədə, bu millətin bir parcası olan talışların düşməni olub, olacaqdır. Sizin xahişiniz özünüzə getməsin “Milli Şura”nın Hafizləri!…Onsuzda siz və sizin kimilərin vətəni və milləti olmur. Çünki, həmişə sizlər yoldan keçən karvana bir tikə üçün …….. . Atalar demişkən “sözünü bilməyən zatı qırıq, əhlinə dəyər verməyən isə namərdir”… Vəssalam.

 

Elman Nigaran