Nazir Cəlilabadda qəbul keçirəcək

 

10

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən 29 noyabr 2013-cü il tarixində saat 11:00-dan Cəlilabad şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Publika.az xəbər verir ki, qəbulda yalnız Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 262) 28 noyabr 2013-cü il tarixində saat 09:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.